Tayvan hakimiyyəti regional sülh və sabitliyi təmin etmək üçün Çinlə dinc yanaşı yaşamaya və insanlar arasında azad təmaslara can atır. Bunu ada administrasiyasının rəhbəri Tsay İnq-ven Tayvanda milli bayram – “İki on gün” münasibətilə çıxışı zamanı deyib.
“Tayvana beynəlxalq dəstəyin gücü görünməmiş birlik və qətiyyətə çatdı” , “Bu məqamda biz artıq dünya ilə inamla və əzmlə üz-üzə gələ bilərik.Biz də Çinin qarşısında inamlı və sakit dayana bilərik, iki tərəf arasında [Tayvan boğazının] gələcək dinc yanaşı yaşaması üçün şərait yarada bilərik”. deyə o, vurğulayıb.
Adanın baş icraçı direktoru olaraq, onun vəzifəsinin “23 milyon Tayvanın suverenliyini qorumaq, xalq demokratiyasını və azad həyat tərzini qorumaq” olduğunu söyləyib. “Eyni zamanda, mən Tayvan boğazının iki sahilinin dinc yanaşı yaşaması, insanlar arasında azad və maneəsiz təmaslar üçün çalışıram ki, Tayvan və hətta Tayvan boğazının hər iki tərəfi regional sülh və sabitliyin təmin edilməsinə töhfə verə bilsin” Tsai İnq-ven əlavə edib.
O, həmçinin vurğulayıb ki, 2016-cı ildən onun administrasiyası verdiyi vədlərə sadiq qalıb və status-kvonu əvvəldən sona saxlayıb və dörd öhdəliyə möhkəm əməl edib: təxribat törətməmək, tələskən hərəkətlərə yol verməmək və baş əyməmək. (Tass)