Son 24 saat ərzində Tayvan silahlı qüvvələri adaya yaxınlaşan 8 təyyarə və 5 Çin gəmisini qeydə alıb. Bu barədə X-də Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün saat 6:00-dan əvvəl Tayvan ətrafında fəaliyyət göstərən səkkiz PLA təyyarəsi və beş PLA Hərbi Dəniz Qüvvələri gəmisi aşkar edilib. Altı təyyarə median xətti keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonalarına daxil olub”, – məlumatda deyilir.
“Biz vəziyyətə nəzarət etdik və müvafiq reaksiya verdik” deyib şöbə. (Tass)