Tayvan administrasiyasının keçmiş rəhbəri Ma Ying-jeou Çinin Şençjen şəhərində (Cənubi Quandun əyaləti) Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəhbəri Sonq Tao ilə görüşüb. Çin Mərkəzi Televiziyasının məlumatına görə, Sonq Tao Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin səmimi salamlarını Ma Ying-jeouya çatdırıb.
Sonq Tao qeyd edib ki, “Tayvan boğazının hər iki tərəfindəki həmvətənlər çinlidir”. Onun sözlərinə görə, çinlilər 1992-ci il konsensusa əməl etməli və Tayvan separatizminə və xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxmalıdır. O, tərəflər arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və “yenidən birləşmənin böyük işini” və milli dirçəlişi davamlı şəkildə təşviq etməyin zəruriliyini qeyd edib.
Ma Ying-jeou deyib ki, Tayvan boğazının hər iki sahilindəki soydaşlar bir-biri ilə sıx bağlıdır. O, həmçinin 1992-ci il konsensusa riayət etmək, Tayvanın müstəqilliyinə qarşı çıxmaq və xüsusilə gənclər arasında əməkdaşlığı təşviq etmək zərurətini qeyd edib.
Ma Ying-jeunun materik Çinə səfəri aprelin 1-dən 11-dək davam edəcək. Əvvəllər paylanmış proqrama əsasən, o, aprelin 1-dən 3-dək Quanqdonq əyalətində, aprelin 4-dən 7-dək Şaansidə, aprelin 8-dən 11-dək Pekində olacaq. Tayvanın Fengchuanmei informasiya portalı mənbələrə istinadən xəbər verir ki, aprelin 8-də Ma Ying-jeou Çin prezidenti Si Cinpin tərəfindən qəbul ediləcək.
(Tass)