Gürcüstan Azərbaycan və Ermənistana müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Gürcüstan-Azərbaycan komissiyasının iclasında deyib.
“Biz konkret praktiki addımların atılmasında və regionda əməkdaşlığın təşviqində səmimi maraqlıyıq”, – deyə Gürcüstan hökumətinin mətbuat xidməti Kobaxidzenin sözlərini sitat gətirir. (Tass)