Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna qarşı bir neçə yüz etirazçı Asiya İnkişaf Bankının (AİB) illik toplantısının keçirildiyi Tbilisinin mərkəzində yerləşən Paraqraf otelinin qarşısına toplaşıb. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Əvvəlki günlərdə aksiyalar Gürcüstan parlamentinin yaxınlığında keçirilirdisə, bu dəfə etirazçılar parlamentdən 200 metr aralıda, Azadlıq meydanında yerləşən otelin qarşısına toplaşıblar. Hadisə yerinə polis səfərbər edilib və asayiş keşikçilərini şifahi təhqir edən bir nəfəri saxlayıb.
Həmçinin, etirazçılardan bəziləri hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının yaxınlıqda yerləşən ofisinə doğru yürüş ediblər. (Tass)