İyun 15, 2025-11:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Tbilisidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir

2025:06:02 - 17:53
in MƏDƏNİYYƏT
A A

İyulun 2-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mizeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi salon Azərbaycan kəlağayıları ilə bəzədilib.

“Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşəbbüsü ilə keçirilən tədbirdə Əmək Qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum”, Vaqif Osmanlının “Ulu Öndərin canlı əsəri Tərlan”, Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi “Babamın papağı, nənəmin kəlağayısı” kitablarının təqdimatı keçirilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Tbilisidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini bildirib.

Sonra “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən danışıb, onun nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda silsilə tədbirlər keçirildiyini qeyd edib. O, əmək qəhrəmanı Tərlan Musayevanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Tərlan Musayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ümummilli Liderimizin ona və digər əmək insanlarına göstərdiyi diqqət və qayğıdan söz açıb.

O deyib: “Dünyaşöhrətli siyasi xadim Heydər Əliyev daim əmək insanlarına diqqət və qayğı göstərib. Mən yazıçı deyiləm. Lakin bu kitabda Ulu Öndər haqqında fikirlərimi bildirmişəm. Düşünürəm ki, dahi şəxsiyyət barədə fikirlərim maraqla qarşılanacaq”.

Sonra tarixçi-alim Ramiz Bəkirov, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatimə Əliyeva və başqaları çıxış edərək 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolundan söz açıb, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıblar.

Çıxışlarda, Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olduğu, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyəti xüsusi qeyd olunub.

 

 

Əvvəlki Yazı

Yermak: Ukrayna Rusiyaya qayıtmaq istədiyi uşaqların siyahısını verib

Növbəti Yazı

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.