Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqdə polis əməkdaşlarına hücum etmək və qruplaşmada zorakılıqda iştirak etmək ittihamı ilə üç nəfəri saxlayıb. Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxslərdən biri Tbilisinin Rustaveli prospektində keçirilən nümayiş zamanı sistemli və davamlı olaraq digər etirazçılarla birlikdə polislə fiziki üz-üzə gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuş gələn pirotexniki vasitələrdən istifadə edib. Digər təqsirləndirilən şəxs isə bu il dekabrın 1-də mitinqdə polis əməkdaşına “Molotov kokteyli” atıb. Üçüncü müttəhim dekabrın 4-də Azadlıq meydanında asayiş keşikçisinə hücum edib və onun başına dəyənəklə zərbə endirib.
Hər üç müttəhimi 9 ilə qədər həbs gözləyir. Ümumilikdə Daxili İşlər Nazirliyinin məlumatına görə, mitinqlərdə baş verən iğtişaşlarla bağlı müxtəlif cinayət ittihamları ilə 18 nəfər saxlanılıb. (Tass)