Tbilisidə müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı parlament binası yaxınlığında aksiya keçirirlər. Bu barədə TASS-ın müxbiri aksiyanın keçirildiyi yerdən məlumat verib.
Etirazçılar artıq Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlayıblar. Etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tuturlar. Mitinqdə isveçli ətraf mühit fəalı Qreta Tunberq də iştirak edir. Burada həmçinin Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, İsveç və Estoniyadan Tbilisiyə işgüzar səfərə gəlmiş qanunverici orqan deputatlarının iştirakı gözlənilir. (Tass)