Gürcüstan təhlükəsizlik qüvvələri etirazçıları Tbilisidə parlament binasından uzaqlaşdırıb. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Xüsusi təyinatlılar üç tərəfdən nümayişçilərə doğru irəliləyib. Mitinq iştirakçılarına qarşı heç bir güc tətbiq edilməyib. Geri çəkilirlər.
Daha sonra təhlükəsizlik qüvvələri parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyib. Xüsusi təyinatlılar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Polislə toqquşma yoxdur. Etirazçılar Rustaveli prospekti ilə geri çəkiliblər. (Tass)