Martın 14-də səhər saatlarında Tbilisinin Didube rayonunun Samtrediya küçəsindəki çoxmərtəbəli yaşayış binasında güclü partlayış olub.
“Report”un yerli bürosu xəbər verir ki, birinci mərtəbədə baş verən partlayış nəticəsində ətrafda yerləşən yaşayış binaları, ticarət obyektləri və avtomobillərə də ziyan dəyib.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Tbilisi şəhər meriyasının əməkdaşları bildiriblər ki, hadisə nəticəsində ölən olmayıb, xəsarət alanlar var. Binada 93 ailə yaşayır və onlar artıq təxliyə olunaraq mehmanxalara yerləşdiriliblər.