İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni bildirib ki, İsrailin gecə saatlarında İrana hücumu nəticəsində mülki şəxslər, o cümlədən uşaqlar həlak olub.
“Bir sıra hərbi rəhbərlərin və nüvə alimlərinin, həmçinin mülki şəxslərin, o cümlədən uşaqların şəhid olması ilə əlaqədar İran xalqına başsağlığı verirəm. Biz bu qorxaq və qeyri-insani cinayəti qətiyyətlə pisləyirik. Şübhə yoxdur ki, günahkarlar ağır cəza ilə üzləşəcəklər”, – o, dövlət televiziya və radio şirkətinin efirində deyib. (Tass)