İran iyulun 31-də Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə tezliklə cavab verəcək.
Bunu İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin aparatının rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani deyib.
İRNA agentliyi şiə ilahiyyatçıdan sitat gətirir: Sionist rejimin bu addımına (İsrail nəzərdə tutulur –) tezliklə cavab veriləcəyi gözlənilir”. (Tass)