İranın nüvə obyektləri normal işləyir.
Bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.
“Nüvə obyektlərində şərait yaxşıdır. Nüvə obyektlərindəki həmkarlarımızın əhval-ruhiyyəsi əladır və onlar çox çalışırlar”, – Fars xəbər agentliyi onun sözlərini sitat gətirib. (Tass)