Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) nümayəndələri İrana gözlənilən səfərləri zamanı İslam Respublikasındakı nüvə obyektlərinə baxış keçirə bilməyəcəklər, bu barədə Məclisin (İran parlamentinin birpalatalı) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bildirib.
O, İranın Təsnim xəbər agentliyinə deyib: “Məclisin qəbul etdiyi qanunlara uyğun olaraq, hər hansı digər xarici müfəttişlər kimi MAQATE nümayəndə heyətinə heç bir halda İranın nüvə obyektlərinə fiziki giriş icazəsi verilməyəcək”.
İran parlamentarisinin sözlərinə görə, “MAQATE nümayəndə heyəti yalnız İran rəsmiləri ilə texniki məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir”.
Avqustun 4-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi MAQATE nümayəndə heyətinin İslam Respublikasına səfərinin 10 gün ərzində baş tutacağını bildirib.