Kiyevin Qərb müttəfiqləri ən azı növbəti iki il ərzində Ukraynanın ehtiyaclarını ödəmək üçün kifayət qədər silah sifarişi verməlidir. “The Daily Telegraph” xəbər verir ki , Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu çağırışı NATO xarici işlər nazirlərinin ikigünlük görüşündə səsləndirib.
Nəşrin yazdığına görə, 2010-2016-cı illərdə hökumətə rəhbərlik etmiş siyasətçi həmkarlarına silah və hərbi texnika istehsalçıları ilə uzunmüddətli birgə müqavilələrin bağlanmasının zərurətindən danışıb ki, bu da hasilatı artıracaq və silah qıtlığı problemini müvəqqəti həll edəcək.The Daily Telegraph”ın öz mənbələrinə istinadən qeyd etdiyi kimi, Brüsseldə keçirilən qapalı iclasda Kemeron Qərbin iqtisadi imkanlarının birləşdirilməsinin zəruriliyinə işarə edib ki, bu da guya Rusiyanı köhnəlmə müharibəsində məğlub etməyə imkan verəcək.
Görüşdən əvvəl o, açıq şəkildə bəyan edib ki, Moskva NATO sıralarının parçalanacağını və Kiyevə dəstəyin zəifləyəcəyini gözləyirsə, yanılır. “Birləşmiş Krallıq Ukraynanı əzmlə dəstəkləməyə və Avropada sülh və sabitlik uğrunda mübarizəyə davam edəcək”, – Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. (Tass)