ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro ABŞ-Kanada sərhədinin yenidən nəzərdən keçirilməsini müdafiə edir. Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Navarro Tramp administrasiyasına ABŞ və Kanada arasındakı sərhədin harada olması məsələsinə yenidən baxmağı tövsiyə edib” – mənbə nəşrə bildirib.
Onun sözlərinə görə, Kanada tərəfi Amerika administrasiyasının yeni üzvlərinin təyinatını gözləmək üçün ABŞ-la danışıqları müvəqqəti dayandırmaq niyyətindədir, onlar da danışıqlarda iştirak etməli olacaqlar və Navarro kimi sərt mövqe tutmaya bilərlər. (Tass)