Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov arasında keçirilən görüşdə televiziya və radio kanalları ilə sığorta sektoru arasındakı mövcud münasibətlər və yeni imkanlar müzakirə edilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, Elmar Mirsalayev son illər sığorta sektorunda aparılan islahatlardan danışıb, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi haqqında məlumat verib.
Audiovizual Şuranın sədri İsmət Səttarov da öz növbəsində sığorta sektorunun inkişafı istiqamətində görülən işləri maraqla qarşılayaraq yüksək qiymətləndirib.
Görüşün sonunda, milli televiziya və radio mühitinin peşəkar əsaslarla inkişafına, habelə televiziya və radio məkanı vasitəsilə sığorta maarifləndirməsi işlərinin aparılmasına göstərdiyi dəstəyə görə ASA tərəfindən təsis olunmuş xüsusi mükafat Audiovizual Şuranın sədri İsmət Səttarova təqdim olunub.