PKK lideri Abdullah Öcalan təşkilatı silahlarını yerə qoymağa və özünü ləğv etməyə çağırıb. Açıqlamasında bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirən Öcalan, PKK-nın qurultay keçirərək dövlət və cəmiyyətlə uyğunlaşaraq yeni bir prosesə addım atması lazım olduğunu bildirib. Bu çağırışdan sonra terror təşkilatı PKK açıqlama verərək, bu gündən etibarən qüvvəyə minən atəşkəs elan etdiklərini və Abdullah Öcalanın çağırışına əməl edəcəklərini bildirib.
Açıqlamada, “PKK olaraq çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən gələn çağırışın tələblərinə əməl edib həyata keçirəcəyimizi bildiririk. Bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik”-qeyd edilib.