Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını həyata keçirən terrorçular sahibini güllələdiyi oğurlanmış avtomobillə paytaxta gəlib. Bu barədə Ahaber telekanalı məlumat yayıb.
Hücum edənlər yüngül kommersiya avtomobilində Daxili İşlər Nazirliyinin binasına gəliblər. Telekanalın məlumatına görə, o, Kayseri vilayətində oğurlanıb və Dəvəli rayonundan yerli baytar həkim Mikayıl Bozlogana məxsus olub. Avtomobil sahibinin meyiti tarlada tapılıb.