Aİ səlahiyyətliləri Aİ ölkələrinə rədd edilmiş sığınacaq axtaran şəxsləri və cinayət törətmiş miqrantları deportasiya etməyə icazə vermək üçün 1951-ci il BMT-nin Qaçqınlar Konvensiyasına yenidən baxmağı planlaşdırır. Bu barədə Times qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb.
Bu məlumatlara görə, Brüssel hazırda qaçqınların həyat və azadlıqlarının təhlükə altında ola biləcəyi ölkə sərhədinə qovulmasını və ya geri qaytarılmasını qadağan edən beynəlxalq müqavilə üçün “təftiş planı” hazırlayır. Nəşrin qeyd etdiyi kimi, Aİ ölkələri konvensiyanın hazırkı formada “təyin edilmiş məqsədinə cavab vermədiyinə” daha çox inanmağa meyllidir. “Qeyd etmək lazımdır ki, bu prinsiplər İkinci Dünya Müharibəsinin bitməsindən sonra işlənib hazırlanmışdır və indiki vəziyyətdən çox fərqli olan geosiyasi vəziyyətlə şərtlənir”, – “The Times”ın gördüyü sənəddə deyilir. (Tass)