İsrailin İrana cavab zərbəsi endirməsi ilə bağlı sızdırılan planlar İsrail hakimiyyətini əməliyyatı təxirə salmağa məcbur edib. Bu barədə Britaniyanın “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“ABŞ sənədlərinin sızması, müəyyən strategiya və komponentlərin dəyişdirilməsi zərurətinə görə hücumu gecikdirdi,” deyə kəşfiyyat cəmiyyətindəki mənbə “Cavab olacaq, lakin bu, gözləniləndən daha uzun sürəcək” deyib.
Bundan əvvəl məlum olub ki, ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair kəşfiyyat məlumatlarının yer aldığı yüksək məxfi sənədlərin sızması ilə bağlı araşdırma aparır 15 və 16 oktyabr tarixli “tam məxfi” kimi təsnif edilən sənədlər Middle East Spectator teleqram kanalında dərc edildikdən sonra internetdə yayılmağa başlayıb. Sənədlərdəki məlumatlara əsasən, onlara yalnız Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və ABŞ-ın daxil olduğu “Beş Göz” alyansına daxil olan ölkələrin girişi olmalı idi. (Tass)