TikTok və onun çinli sahibi ByteDance, sosial media tətbiqinin ötürülməsi və ya ötürülməməsi halında qadağan edilməsinə yol açan qanuna görə ABŞ hökumətinə qarşı iddia qaldırıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu iddia edilib.
İddiada TikTok-un ABŞ-da fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı bildirilib. (Tass)