Çin sosial şəbəkəsi TikTok dezinformasiya ilə mübarizə səyləri çərçivəsində İsrail-Fələstin münaqişəsi ilə bağlı 500 000 videonu silib və 8 000 canlı yayımı dayandırıb. Bu barədə platformanın açıqlamasında bildirilir.
“Nifrətin qızışdırılması üçün TikTok funksiyalarından istifadənin qarşısının alınması məqsədilə mövcud girov vəziyyəti kontekstində artan təhlükəsizlik riski nəzərə alınmaqla, müvəqqəti tədbir kimi LIVE proqramında iştiraka əlavə məhdudiyyətlər tətbiq edilib”, – deyə məlumatda bildirilir.
“İcmanın təhlükəsizliyinin və platformanın bütövlüyünün təmin edilməsi” çərçivəsində sosial şəbəkə Yaxın Şərqdə baş verən hadisələrlə bağlı məzmunu nəzərdən keçirmək üçün ərəb və ivrit dillərini bilən əlavə moderatorların işə götürüldüyünü elan edib. (Tass)