Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək üçün bir qrup britaniyalı hərbi təlimatçı Ukraynanın qərbinə göndərilə bilər. The Times qəzetinin məlumatına görə , indi belə planlar Britaniya hərbi komandanlığı və ölkənin siyasi rəhbərliyi tərəfindən müzakirə olunur.
Nəşrin yazdığına görə, söhbət britaniyalı hərbçilərin kiçik bir qrupundan gedir ki, onlara cəbhə xəttinə göndərilməmişdən əvvəl çağırışçılara intensiv əsas təlim keçmək tapşırılacaq. “The Times” krallıq və Ukraynadakı vəziyyətlə tanış olan iki mənbəyə istinadən yazır ki, belə yanaşma Ukrayna hərbçilərinin Böyük Britaniyada təlimi ilə bağlı maddi və digər xərcləri azaltmağa kömək edəcək.
“Orada biz bunu daha sürətli edə bilərdik və bu, cəbhə xəttindən çox uzaqda, riskin minimal olacağı ucqar ərazilərdə edilə bilərdi” dedi mənbə nəşrə. Onun ukraynalı həmkarının sözlərinə görə, britaniyalı təlimatçıların Ukraynaya göndərilməsi Moskva üçün “güclü çəkindirici” və digər NATO ölkələri üçün nümunə olacaq.