Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, Fransa lideri Emmanuel Makronun Astanaya rəsmi səfərini tarixi adlandırmaq olar.
“Biz sizin səfərinizi alqışlayırıq, bu, çox böyük hadisədir. Dəvətimi qəbul edib Qazaxıstana rəsmi səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Qazaxıstanla Fransa arasında əməkdaşlıq dinamik inkişaf edir, lakin buna əlavə təkan vermək lazımdır. Sizin “Səfər tarixidir, çox vacibdir. Əminəm ki, bugünkü danışıqlar məhsuldar olacaq”, – Tokayev Makronla dar çərçivədə danışıqlar zamanı deyib.
Qazaxıstan lideri həmçinin qeyd edib ki, Fransa respublikanın Avropa İttifaqında əsas və etibarlı tərəfdaşı olmaqla yanaşı, Qazaxıstan iqtisadiyyatına ən böyük investorlardan biridir. (Tass)