Tokio hava limanına eniş edərkən sərnişin təyyarəsi sahil mühafizə təyyarəsi ilə toqquşub və yanğın başlayıb. Qruplar alovlara müdaxilə edərkən, təyyarədə olan 367 sərnişin və 12 ekipaj üzvü təxliyyə edilib.
Görüntülərə görə, yanğın təyyarənin uçuş-enmə zolağında hərəkətdə olarkən mühərrik hissəsində baş verən partlayışla başlayıb. Digər tərəfdən təyyarənin eniş zolağında sahil mühafizə təyyarəsi ilə toqquşması anları da görüntülərdə əks olunub.
JAL-ın 516 nömrəli reyslə Şin Çitose hava limanından Hanedaya uçduğu öyrənilsə də, hələlik can itkisi ilə bağlı açıqlama verilməyib.