Yaponiya Qəzza zolağında 500-dən çox insanın ölümü ilə nəticələnən xəstəxanaya hücumdan hiddətlənib və münaqişənin bütün tərəflərindən beynəlxalq hüquqa hörmət etməyi tələb edir. Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Yoko Kamikavanın bəyanatında deyilir.
O, ölənlərin və yaralananların ailələrinə başsağlığı verərək, “Günahsız mülki insanlara bu qədər zərərin vurulmasından dərin qəzəblənirik” deyib.
“Ölkəmiz mülki əhalinin daha çox tələfatına yol verməmək üçün iştirak edən bütün tərəflərdən beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyi tələb edir. Biz mülki şəxslərin təhlükəsizliyini təmin etmək və vəziyyəti sakitləşdirmək üçün digər ölkələrlə işləyəcəyik”, – Kamikava əlavə edib.
Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hiroşi Mori isə öz növbəsində bildirib ki, “səbəblərdən asılı olmayaraq, xəstəxanaya və mülki şəxslərə hücuma haqq qazandırmaq mümkün deyil”. O, həmçinin bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırıb. (Tass)