Tovuz rayonunda anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.
Qeyd edilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdirilən körpənin mövcud vəziyyəti qiymətləndirilib: “Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.
