Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərin ədalətli keçiriləcəyi təqdirdə məğlubiyyətini etiraf etməyə hazır olduğunu bildirib.
O, səs verdiyi Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində deyib: “Seçkiləri uduzsam və ədalətli seçki olsa, bunu ilk mən etiraf edəcəm”. Respublikaçıya görə, “indiyə qədər hər şey ədalətli gedir”. O, məğlubiyyəti etiraf etməyəcəyini düşünənləri də dəli adlandırıb.
Tramp əlavə edib ki, məğlub olacağı təqdirdə tərəfdarlarından zorakılıq və ya iğtişaşlardan çəkinməyi tələb etməyəcək. “Mən onlara bunu deməyə məcbur olmayacağam, çünki onlar zorakı insanlar deyil” deyib. (Tass)