Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ tarixində ən biabırçı gündür. Bu fikirləri ABŞ prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, bu, ölkəmizin tarixində ən biabırçı gün idi və biz belə bir şeyin bir daha təkrarlanmasına imkan verməyəcəyik”, – o, Qətərdəki Əl-Udeyddəki ABŞ hərbi bazasında deyib.
14 aprel 2021-ci ildə ABŞ-ın o zamankı prezidenti Co Bayden Əfqanıstanda Amerika tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən əməliyyatı dayandırmaq qərarına gəldiyini açıqladı. ABŞ bu müharibəyə 2001-ci ilin oktyabrında başlayıb. 2010-2013-cü illərdə əməliyyatın pik nöqtəsində Əfqanıstandakı Qərb qüvvələrinin sayı 150 min nəfəri ötüb. Amerika qoşunlarının çıxarılması 2021-ci ilin mayında başlayıb. ABŞ və NATO-nun əsas döyüş qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk edib. (Tass)