ABŞ administrasiyası 2021-ci ildə Amerika qoşunlarının Əfqanıstanda tərk etdiyi bütün hərbi texnika və silahları geri qaytarmağı planlaşdırır. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında bildirib.
“Biz geridə milyardlarla, on milyardlarla dollar dəyərində avadanlıq, yeni yük maşınları qoyduq. Siz onların hər il sərgiləndiyini görürsünüz. Ən yaxşısı budur,” deyə o bildirib.
Trampın sözlərinə görə, “Taliban” əfqan radikal hərəkatı Amerika silahlarını kütləvi şəkildə satır və bu, Əfqanıstanı “dünyada ən çox hərbi texnika satanlardan birinə” çevirir. “İnanırsınız? 777 min tüfəng, 70 min zirehli yük maşını və maşın satırlar, bunlar bizim orda olan 70 min maşındır, biz onları onların yanında qoymuşuq. Məncə, onları geri gətirməliyik” deyib. (Tass)