Martın 15-dən bəri Yəmən husilərinə (“Ənsar Allah” üsyançı hərəkatı) qarşı əməliyyat zamanı ABŞ onların 1100-dən çox obyektinə zərbələr endirib. Bunu ABŞ prezidenti Donald Tramp Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı deyib.
“Biz bu yaxınlarda Yəməndə 1100-dən çox husi hədəfini vurduq. Bildiyiniz kimi, onlar keçən həftə dayandırmağa razılaşdılar, bir daha bizim ticarət gəmilərimizə hücum etməyəcəklər”, – Tramp bildirib. (Tass)