ABŞ prezidenti Donald Tramp bildirib ki, o, hələlik Vaşinqtonun Ukrayna böhranının həlli üzrə beynəlxalq səylərdən tamamilə geri çəkilməsi barədə danışmaq istəmir, çünki o, münaqişəyə son qoymağa ümid edir.
“Mən bunu deməyəcəyəm, çünki düşünürəm ki, biz bunu həyata keçirəcəyik” o, Ağ Evdə jurnalistlərə bununla bağlı sualı cavablandırarkən deyib. (Tass)