ABŞ prezidenti Donald Tramp Ukraynaya növbəti hərbi yardımın mümkünlüyü ilə bağlı suala birbaşa cavab verməyib.
O, NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında Vaşinqtonun müttəfiqlərinin Kiyevə göndərdiyi 5 milyard dollardan əlavə Amerikanın mümkün töhfəsi məsələsini şərh edərkən deyib: “Pul məsələsinə gəlincə, görək nə olacaq”.
Tramp Rusiya prezidentinin “Vladimir Putinin həqiqətən də bu müharibəyə son qoyması lazımdır” fikrini də ifadə edib.