ABŞ İrana daha cəlbedici gələcəyə aparan yeni yol təklif edir. Bunu ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda deyib.
“Lakin mən bu gün sadəcə İran liderlərinin keçmiş qərarlarını pisləmək üçün deyil, onlara daha çox ümid olan gələcəyə doğru yeni, daha yaxşı yol təklif etmək üçün buradayam”, – Vaşinqton administrasiyasının rəhbəri deyib. Onun çıxışı Amerika xəbər televiziyası şəbəkələrində canlı yayımlanıb.
Birləşmiş Ştatlar və İran Tehranın nüvə inkişafını müzakirə etmək üçün artıq dörd raund danışıqlar keçirib. Bu görüşlərə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edir. (Tass)