Birləşmiş Ştatlar gələcəkdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) və hətta Amerika tərəfinin özünü də cəlb edə biləcək İranın nüvə proqramı üzərində kənar nəzarət tələb etmək niyyətindədir. Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
Amerika lideri Tehranın nüvə inkişafı ilə bağlı MAQATE-nin İranda təftiş fəaliyyətində israrlı olub-olmayacağı ilə bağlı suala müsbət cavab verib. “Bəli. Yaxud hörmət etdiyimiz biri tərəfindən. O cümlədən özümüz: deyib, heç bir təfərrüat verməyib. (Tass)