ABŞ İsrail və Türkiyə ilə birlikdə Suriya məsələsində razılığa gələ biləcək. ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən buna əminliyini ifadə edib.
“Və mən İsrailin baş nazirinə dedim ki, bəlkə sizin Türkiyə ilə probleminiz varsa, mən həqiqətən bunu həll edə biləcəyimi düşünürəm. Bilirsiniz, mənim Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətim var” deyib.
“Düşünürəm ki, biz bunu həll edə bilərik. Ümid edirəm ki, bu, problem olmayacaq. Problem olacağını düşünmürəm”, – Tramp əlavə edib.
ABŞ prezidenti qeyd edib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbətində sonuncunu “Suriyanın ələ keçirilməsi” münasibətilə təbrik edib. “Amma buna baxmayaraq, düşünürəm ki, Türkiyə idi və mən bunu ona (Ərdoğana) dedim. “Təbrik edirəm, siz son 2000 ildə heç kimin edə bilmədiyi bir şeyi etdiniz. “Sən Suriyanı ələ keçirdin” deyib.