ABŞ Rusiya və ya Çinin nə Venesuelaya, nə də Qrenlandiyaya girməsinə icazə verməyəcək, lakin Karakasın Vaşinqtonun müttəfiqi olacağına ümid edir. ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
Ondan Venesuelanı və onun yeni hökumətini müttəfiq hesab edib-etmədiyi soruşulub. “Onlar müttəfiq kimi görünürlər və düşünürəm ki, belə də qalacaqlar. Və biz Rusiyanın orada olmasını istəmirik [Venesuelada ]. Biz Çinin orada olmasını istəmirik”, – deyə Amerika lideri bildirib.
Tramp yekun olaraq bildirib ki, “Yeri gəlmişkən, biz Rusiya və ya Çinin Qrenlandiyaya getməsini istəmirik, çünki əgər Qrenlandiyanı götürməsək, qonşunuz Rusiya və ya Çin olacaq. Bu, baş verməyəcək”. (Tass)
