ABŞ hakimiyyəti dolları dünya valyutası kimi öz əlləri ilə öldürür, digər dövlətlərə, o cümlədən Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bunu ABŞ-ın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
“Mən sanksiyalar tətbiq etdim, amma onları çox tez qaldırdım, çünki onlar dolları və onun təmsil etdiyi hər şeyi öldürürlər. Dolların dünya valyutası olaraq qalması bizə lazımdır. Əgər biz dolları dünya valyutası kimi itirsək, bu, itirilmiş müharibəyə bərabər olacaq” o, Nyu-York İqtisadiyyat Klubunda çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, hazırkı Amerika administrasiyası məhdudlaşdırıcı tədbirlərdən sui-istifadə edir. “Və digər ölkələr, o cümlədən Rusiya öz işləri ilə məşğul olur və lovğalanırlar ki, artıq bizə ehtiyacları yoxdur”, – respublikaçı əlavə edib. (Tass)