ABŞ administrasiyası Ukraynadakı hazırkı böhranın üçüncü dünya müharibəsinə çevrilməsinin qarşısını almağı öz prioritetlərindən biri hesab edir. Bunu ABŞ lideri Donald Tramp Ağ Evdə ikitərəfli danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
“Düşünürəm ki, Emmanuel bir çox mühüm məsələlərdə mənimlə həmfikirdir. Əsas odur ki, indi doğru vaxtdır. Bu, yeganə vaxt ola bilər. Bilirsiniz, bu, III Dünya Müharibəsinə qədər uzana biləcək çox maraqlı və dəhşətli vəziyyətdir. Biz buna imkan verməyəcəyik”, – Tramp Ukraynadakı vəziyyəti şərh edərkən deyib. (Tass)