ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı dərhal razılığa gəlmək istədiyini, lakin atəşkəsə bir az daha tez nail ola biləcəyini deyib.
O, Ağ Evdə keçirilən ikitərəfli danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib: “Əsas vəzifə, istər atəşkəs olsun, istərsə də razılaşma olsun, müharibəni dayandırmaqdır. Mən birbaşa razılaşmaya keçmək istərdim, lakin atəşkəs həmişə bir qədər tez olur”.