ABŞ prezidenti Donald Tramp administrasiyasının İranla razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.
Amerika lideri Floridada jurnalistlərə verdiyi açıqlamada “Ümid edirəm ki, razılığa gələ bilərik” deyib.
Eyni zamanda, prezident qeyd edib ki, ABŞ-ın regionda “dünyanın ən böyük və ən güclü gəmiləri” yerləşdirilib.
