ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya və ABŞ Yeni START Müqaviləsinin müəyyən müddəalarını qüvvədə saxlamamalı, əksinə bu sahədə yeni bir razılaşma hazırlamalıdırlar.
Amerika lideri özünün Truth Social səhifəsində bildirib ki, “Biz ekspertlərimizi ABŞ tərəfindən zəif danışıqlar aparılan və üstəlik, ciddi şəkildə pozulan Yeni START müqaviləsini uzatmaq əvəzinə, gələcəkdə də davam edə biləcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməyə yönəltməliyik”.
