ABŞ, yeni Venesuela hakimiyyəti ilə müddətsiz müqavilənin bir hissəsi olaraq, tezliklə 50 milyon barelə qədər Venesuela neftinin emalına və satışına başlayacaq. Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Venesuela həmçinin ABŞ-ın dərhal 50 milyon barelə qədər Venesuela xam neftini emal etməyə və satmağa başlayacağına və bu, qeyri-müəyyən müddətə davam edəcəyinə razılıq verib. Hamımız buna hazırıq”, – deyə o bildirib. (Tass)
