ABŞ hökuməti “Qızıl Qübbə” adlı yeni raketdən müdafiə sistemini hazırlayıb yerləşdirməyi planlaşdırır. O, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında çıxışı zamanı bildirib.
“Baş komandan kimi diqqətimi gələcəyin ən güclü ordusunun qurulmasına yönəldirəm. İlk addım olaraq mən Konqresdən vətənimizi qorumaq üçün tamamilə ABŞ-da hazırlanmış ən qabaqcıl raketdən müdafiə qalxanının – “Qızıl Qübbə”nin yaradılmasını maliyyələşdirməsini xahiş edirəm”, – o deyib.
O qeyd edib ki, ABŞ prezidenti Ronald Reyqanın (1981-1989-cu illərdə bu postu tutub) dövründə belə bir raketdən müdafiə sisteminin yaradılması planları artıq mövcud idi, lakin o dövrün texnologiyası bu layihəni həyata keçirməyə imkan vermədi. “Amma indi bizdə bu texnologiyalar var. Onlar, əslində, sadəcə inanılmazdır”, – Amerika lideri əlavə edib. “İsraildə var. Başqa yerlərdə də var və ABŞ-da da olmalıdır, elə deyilmi?” – deyib.
“Bu, son dərəcə, son dərəcə vacibdir. Bu, çox təhlükəli bir dünyadır. Biz buna sahib olmalıyıq. Biz qorunmaq istəyirik və biz vətəndaşlarımızı daha əvvəl heç vaxt qorunmadığımız kimi qoruyacağıq”, – deyə Tramp yekunlaşdırıb. (Tass)