ABŞ prezidenti Donald Tramp bildirib ki, imzalanmış sazişlərə əsasən Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürüb. Bunu o, Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli mərasimdə deyib.
“Bu razılaşma ilə biz nəhayət sülhə nail olduq. Və biz böyük sənədləri və sazişin çox vacib elementlərini imzaladığımız Oval kabinetdən indicə çıxdıq”, – Tramp deyib.
“Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları həmişəlik dayandırmağı, ticarət, səyahət və diplomatik əlaqələr qurmağı, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürür”, – Tramp əlavə edib. (Tass)