ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olacağına əmindir.
O, bunu Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə jurnalistlərə açıqlamasında deyib.
Tramp müxbirin iki ölkə arasında sülhün uzunmüddətli olacağını düşünüb-düşünmədiyini soruşduqda “Mən tam əminəm” deyib. O, Azərbaycan və Ermənistan arasında “xristianların müdafiəsi” ilə bağlı razılığın əldə olunması planlarının olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.