Bu gün bütün dünya ABŞ prezidenti Co Baydenin hərəkətləri ucbatından ABŞ-ın necə banan respublikasına çevrildiyini izləyir. Bu fikirləri keçmiş prezident Donald Tramp deyib.
“Co Baydenin siyasi rəqibinə qarşı strategiyası getdikcə daha radikal və çılğınlaşır. Bütün dünya ABŞ-ın banan respublikasına çevrilməsini seyr edir. Bayden bu plandan əl çəkməli və çox keçmədən onu dayandırmalıdır.” Tramp “Truth Social” səhifəsində yazıb.
Tramp həmçinin vurğulayıb ki, onun seçicilər arasında dəstəyi “gecə yüksəlir və bəzi yerlərdə rekordlar qırır”.
Bundan əvvəl eks-prezident də “cəhənnəmə gedən” ölkəni xilas etmək istədiyi üçün ittiham və həbsdən qorxmadan seçkilərə qatılacağını bəyan etmişdi. (Tass)