ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni ölkə tarixinin ən vicdansız və səriştəsiz prezidenti adlandırıb.
“Unutmayın, o, ölkəmizin tarixinin ən pis prezidentidir. O, ən səriştəsiz prezidentdir. O, ən vicdansız prezidentdir”, – Tramp özünün Truth Social səhifəsində yerləşdirdiyi videoda bildirib.
Tramp daha əvvəl demişdi ki, ABŞ Baydenin siyasətinə görə cəhənnəmə gedir.
ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan etdi. O, Respublikaçılar Partiyasının ən böyük namizədidir. (Tass)