ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşü daha çox ilkin görüş olacaq.
Tramp Ağ Evdəki mətbuat konfransında deyib: “Bu, mahiyyətcə boşluqları dolduran görüş olacaq”. Trampın sözlərinə görə, Rusiya lideri Ukrayna böhranının mümkün həllində “iştirak etməyə dəvət edib”. “Mən inanıram ki, o, buna son qoymaq istəyir”, – ABŞ prezidenti deyib.